[Bənd 1]
Düşdün elimdən uzaq
Gecələr qaldım oyaq
Qəlbim buz kimi sazaq
Arzular, arzular, arzular
Elimdən düşdüm uzaq
Gecələr qaldım oyaq
Qəlbim buz kimi sazaq
Arzular, arzular
Məndən uzaq arzular
[Nəqərat]
Mənim bəxtim belədir əzəldən
Günəş xalqa Ay elədi
Bir kəsə demədim
Arzular, arzular məndən uzaq
Mənim bəxtim belədir əzəldən
Günəş xalqa Ay elədi
Bir kəsə demədim
Arzular, arzular, arzular
Məndən uzaq arzular
[Bənd 2]
Sən ümid çırağı olmuşdun mənə
Ayrıldıq, o gündən söndü çırağım
Qayıtmaq eşqinə düşmüsən yenə
Daha xəzan olub məhəbbət bağım
İtib aramızdan inam, etibar
Qayıdıb gəlməyin nə mənası var
Özün də çox gözəl bilirsən bunu
Yalançı aşiqin bərk cəzası var
[Nəqərat]
Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu
Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu