[Bənd 1]
Sənə gəldim istəksiz
Tut əlimi səbəbsiz
Sevgin məni qorxudur, amma
Ruhum səndən əl çəkmir
Mən gözündən uzaqda heç kim
Sən içimdə dərdsən, bu keçmir
Biz qəsdən bu oyunu seçdik
Ruhum səndən əl çəkmir
[Nəqərat]
Biri var, mən ona aşiqəm
Bircə göz yaşına dəyməz heç nə bu dünyada
Hər gün, hər gecə
O şirin gözlərinə baxaram doymadan
Gülüşü çox gözəldir
Biri var, o mənə ən özəldir
Biri var, başıma bəladır
O, mənə tək dözəndir
O, çox gözəldir
[Bənd 2]
Biri var, ağlımı başımdan alır
Gözlərinə baxanda gözüm qaralır
Sözümü kəsir, sehrdir səsi
Bədənim əsir, o, mələkdir əsl
Sil yaşları gözlərindən
Üzümə bax, tut əllərimdən
Aşiqəm sənə
Gəl bir yerdə yaşlanaq, evlən mənimlə
[Nəqərat]
Biri var, mən ona aşiqəm
Bircə göz yaşına dəyməz heç nə bu dünyada
Hər gün, hər gecə
O şirin gözlərinə baxaram doymadan
Gülüşü çox gözəldir
Biri var, o mənə ən özəldir
Biri var, başıma bəladır
O, mənə tək dözəndir
O, çox gözəldir
Biri var, mən ona aşiqəm