[Bənd 1]
Neçə illər keçib ömrümdən mənim
Xəyalda şəklini çəkdiyim pəri
Həyatda görmədim tayını sənin
Sevincim, kədərim, xəyalım mənim
Həyatda görmədim tayını sənin
Sevincim, kədərim, xəyalım mənim
[Bənd 2]
Şaxtalı boranlar yandırır məni
Günəşin alovu üşüdür məni
Nə edim, bilmirəm, taleyim mənim
Sənsən tək ümidim, xəyalım mənim
Nə edim, bilmirəm, taleyim mənim
Sənsən tək ümidim, xəyalım mənim
[Bənd 3]
Sən həmişə göydəsən, gülüm mənim
Darıxma, gələcəm yanına sənin
Xəyal tərlan quşdur, çatdırar məni
Xəyalda ümidim, dayağım mənim
Xəyal tərlan quşdur, çatdırar məni
Xəyalda ümidim, dayağım mənim
[Bənd 4]
Yenə əksin gəlib çağırır məni
Nə olub, gözlərin yaşarıb sənin?
Tək sənə bağlıdır inamım mənim
Sevincim, kədərim, pənahım mənim
Tək sənə bağlıdır inamım mənim
Sevincim, kədərim, pənahım mənim
[Bənd 5]
İntizarda qalıb qəlbim, ürəyim
Mənim incə mələyim
Bir çağır, bir oyat ruhumu mənim
Sənsən arzum-diləyim
Mənim incə mələyim...
Sənsən arzum-diləyim
Sənsən arzum-diləyim
[Çıxış]
Həyatda görmədim tayını sənin
Sevincim, kədərim, xəyalım mənim
Xəyalım mənim
Xəyalım mənim...