[Bənd 1: PRoMete]
Nəfəs al və burax, bu tək lazım olan
Həyat üçün formula, nə qədər artıq
Kəşf eləsən də, məşq eləsən də
Həyat üçün heç nədir
Belini sənin vurmaq yerə
Zirvələrdən belə bəri dön bax yerə
Heç kimə xoş deyil yıxılmaq yerə
Yıxıl, dur, ‘’block’’ tutulur, qır, cavab verilir, vur
Həyat davam edir, nə qədər çalınmayıb, sür
Hər kəs öz rolun oynayır
Kim baha satır, kim çölə atır
Kim Qarabağ atıdır, kim kölə qatır
Kim qızıla batıb yatır, kim zibilə batır
Kimə baha saniyəsi, kimə dəyərsiz saatı
Kim idarə edə bilmir özünü
Kim idarə edir kainatı
Və götürülür aradan kimin çox məlumatı
[Bənd 2: Abd. Malik]
Qar-kömür, ölüm-ömür
Şiə-Ömər, sünni-möhür
Çılpaq-vicdan, başıbağlı-yalan
Əvvəl-son, meydan-dalan
Tarix-miras, Bakılı-Yeraz
Həci-yəhudi, qızıl, ya pas
Sevgi-tort, pul-abort
Oyun-həyat, cənnət və od
Rüşvət-vicdan, səcdə-şeytan
Fəhlə-‘’glamour’’, ‘’Halloween’’-qurban
‘’Eurovision’’-Laçın, ‘’Panamera’’-qaçqın
Milli, caz, başa düşüm çətin
‘’Barbie’’-hicab, ‘’playboy’’-savab
İblisə-rəhm, iftara şərab
Din-dəb, depressiya-təb
Namus-kartof, hüzur-əsəb
[Bənd 3: PRoMete]
Küçələr bol başı boş insanla
Nə qədər gör azmış insan var
Kimin nəyinə gərəkdir, harada torpaqlar?
Həyat Bakıdadır, qalanı bataqlıqda
Düzdür, işsizlik sıfır, indi iş çoxdur
Eşşək kimi işlə, sonda pul yoxdur
Sözümüzün dəyəri də əvvəlki deyil
Millətin qarnı çünki sözdən toxdur
Çoxluq... Yox, söyüş söymə, uşaqlar var
Söyüşü eşidirik indi uşaqlardan
Siqaret əllərində, sanki oyuncaqdır
Qızların da əllərində rezin oyuncaqlar
İndi saqqalın var, yox, fərqi yoxdur
Üzündə nəsə qaralırsa, sən Vəhhabi
Alnını qəsdən möhürə sürtən çoxdur
Elə bil bunu eləməklə artır savabı