[Giriş]
Məni yarı yolda qoyma, gəl
Sevirsənsə, sarıl boynuma
Eşqdir mehrabı uca göylərin
Eşqsiz, dünya, nədir dəyərin?
(Eşqsiz, dünya, nədir dəyərin?)
[Bənd 1]
Gözündə gördüyüm sevinc
Üzündə yansınır bir az
Nəvali gözlərin gülür
Edir cahana etiraz
Səbəb nədir ki, bilmədim
Sevəndə qara gözləri
Düşündürürdü hər dəfə
Şirin bilməcə sözləri
[Keçid]
Susuram, söz demirəm
Baxıram səmalara
Nəbadə kənar gəzək
Sarılaq dualara
Sən və mən, bir sonsuz sevgimiz
[Nəqərat]
Məni yarı yolda qoyma, gəl
Sevirsənsə, sarıl boynuma
Qəm-qüssə bizdən uzaq düşər
Bənövşə belə bəndə düşər
Məni yarı yolda qoyma, gəl
Sevirsənsə, sarıl boynuma
Eşqdir mehrabı uca göylərin
Eşqsiz, dünya, nədir dəyərin?
[Keçid]
Susuram, söz demirəm
Baxıram səmalara
Nəbadə kənar gəzək
Sarılaq dualara
Sən və mən, bir sonsuz sevgimiz
[Nəqərat]
Məni yarı yolda qoyma, gəl
Sevirsənsə, sarıl boynuma
Qəm-qüssə bizdən uzaq düşər
Bənövşə belə bəndə düşər
Məni yarı yolda qoyma, gəl
Sevirsənsə, sarıl boynuma
Qəm-qüssə bizdən uzaq düşər
Bənövşə belə bəndə düşər
Məni yarı yolda qoyma, gəl
Sevirsənsə, sarıl boynuma
Eşqdir mehrabı uca göylərin
Eşqsiz, dünya, nədir dəyərin?
(Eşqsiz, dünya, nədir dəyərin?)