[Bənd 1]
Та gəlirik, biz də bir az anlayaq
Məhzəri-irfanda vurur tək səbir
Məhzəri-irfanda vurur tək səbir
Ya deyirik, işləri sahmanlayaq
Məclisi-əyanda vurur tək səbir
Məclisi-əyanda vurur tək səbir
[Bənd 2]
Yalxı bizi eyləməyib mübtəla
Səfheyi-Qafqazı tutub bu bəla
Səfheyi-Qafqazı tutub bu bəla
Qaxda, Qazaxda, Şəkidə bərməla
Şişədə, Şirvanda vurur tək səbir
Şişədə, Şirvanda vurur tək səbir
[Bənd 3]
Lakin о yerlərdə gedir, durmayır
Bir elə layiqli kələk qurmayır
Bir elə layiqli kələk qurmayır
Gəncədə derlərsə, vurur, vurmayır
Eylə ki, Səlyanda vurur tək səbir
Eylə ki, Səlyanda vurur tək səbir
[Bənd 4]
Andıra qalmış nə yaman səslənir
Söz deməyə vermir aman, səslənir
Söz deməyə vermir aman, səslənir
Ox atılır, sanki kaman səslənir
Sahəti-meydanda vurur tək səbir
Sahəti-meydanda vurur tək səbir