[Bənd 1]
İkimizdə bir ürək var
Yarı məndə, yarı məndə
Yarı səndə
Sevgi adlı bir ağacıq
Budaq məndə, budaq məndə
Barı səndə
[Nəqarət]
Çiçək bitir gül üzündə
Min məna var hər sözündə
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə
Yağış məndə, dolu səndə
[Bənd 2]
Bir ovçuyam, günüm ovda
Qaçhaqaçda, qaçhaqaçda
Qovhaqovda
Ömrümüz bir şirin sevda
Pətək məndə, pətək məndə
Balı səndə
[Nəqarət]
Çiçək bitir gül üzündə
Min məna var hər sözündə
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə
Yağış məndə, dolu səndə