[Bənd 1]
Bilirəm, elə dolmusan
Göz yaşın bir himə bənddir
Ağlayan kaman kimisən
Duyğuların simə bənddir
Nə deyim, ovudum səni?
Nə desəm, bağrın soyuyar?
Sinəmdən odu götürsəm
Görəsən, bağrın soyuyar?
[Nəqərat]
Bu həsrətin, ayrılığın
Yolları boyunca ağla
Gəl, başını qoy sinəmə
Ağla, doyunca ağla
Bu həsrətin, ayrılığın
Yolları boyunca ağla
Gəl, başını qoy sinəmə
Ağla hey, doyunca ağla
[Bənd 2]
Nə deyim, ovudum səni?
Nə desəm, bağrın soyuyar?
Sinəmdən odu götürsəm
Görəsən, bağrın soyuyar?
Ürəyini boşaldacaq
Damlaların yükü ağır
Görsən ki, yüngül olmur
Gözlərimi haya çağır
[Nəqərat]
Bu həsrətin, ayrılığın
Yolları boyunca ağla
Gəl, başını qoy sinəmə
Ağla, doyunca ağla
Bu həsrətin, ayrılığın
Yolları boyunca ağla
Gəl, başını qoy sinəmə
Ağla hey, doyunca ağla
[Çıxış]
Bilirəm, elə dolmusan
Göz yaşın bir himə bənddir
Ağlayan kaman kimisən
Duyğuların simə bənddir
Bu həsrətin, ayrılığın
Yolları boyunca ağla
Gəl, başını qoy sinəmə
Ağla hey, doyunca ağla