[Nəqarət 1]
Anacan, az ağla, az sinəni dağla
Oğlun şəhid oldu, başını dik saxla
Atacan, üzülmə, vətən düşüb zülmə
Oğlun şəhid oldu, mərd dur, bükülmə
[Bənd 1]
Geri oğlun gəlməz, dərddən üzün gülməz
Yaşayar qəlblərdə, şəhidlər ölməz
Saçına dən düşdü, zaman tez ötüşdü
Yarın çağır gəlsin, bu sön görüşdü
[Nəqarət 2]
Anacan, az ağla, az sinəni dağla
Oğlun şəhid oldu, başını dik saxla
Atacan, üzülmə, vətən düşüb zülmə
Oğlun şəhid oldu, mərd dur bükülmə
[Bənd 2]
Nə haldayam yarim, tükənibdir halim
Məni qoyub getdin, niyə ay zalim?!
Çox ağırdır həsrət, anam, ağla xəlvət
Yarım mənsiz qaldı, saxla əmanət...
[Nəqarət 3]
Anacan, az ağla, az sinəni dağla
Oğlun şəhid oldu, başını dik saxla
Atacan, üzülmə, vətən düşüb zülmə
Oğlun şəhid oldu, mərd dur, bükülmə