Hər gecə səni mən səslədim
Yolunu sübhədək gözlədim
Eşq odu məni, yar, yandırar
Rəhm elə, amandır intizar
Göz yaşım sel olar, ah sənsiz
Bülbüləm, neylərəm çəmənsiz?
Bəs hanı, hanı, yar, o sevda?
Gör nələr, nələr var başımda!
Bir günəş nuru var üzündə
Gözlərim hər zaman gözündə
Mən səni araram, araram
Gül çiçək sanaram, sanaram