[Bənd 1]
Demirəm dərdləşməyək
Danışmağa zəng elə
Demirəm ki, halımı
Soruşmağa zəng elə
Demirəm dərdləşməyək
Danışmağa zəng elə
Demirəm ki, halımı
Soruşmağa zəng elə
Deyirəm ki, darıxıb
Tənha qalsan, zəng elə
Deyirəm ki, xətrinə
Dəyən olsa, zəng elə
Demirəm ki, darıxıb
Tənha qalsan, zəng elə
Deyirəm ki, xətrinə
Dəyən olsa, zəng elə
[Bənd 2]
Sevənlərinə de ki
Tərk etməsinlər səni
De ki, mən tapşırmışam
İncitməsinlər səni
Sevənlərinə de ki
Tərk etməsinlər səni
De ki, mən tapşırmışam
İncitməsinlər səni
Həmişə gül, gülümsə
Bircə ağlama əsla!
Sənə arzum sevincdir
İşim olmaz qisasla!
Həmişə gül, gülümsə
Bircə ağlama əsla!
Sənə arzum sevincdir
İşim olmaz qisasla!