[Bənd 1]
Söylə xeyir duanı
Ana, əsgər gedirəm
Gətir öpüm Quranı
Ana, əsgər gedirəm mən
Ana, əsgər gedirəm
Üçrəngli bayrağımı
Dönə-dönə öpərəm
Yurdun hər qarışını
Candan əziz bilərəm
Ana, əsgər gedirəm
[Nəqərat]
Sil gözünün yaşını
Uca saxla başını
Sevdim vətən daşını
Ana, əsgər gedirəm mən
Ana, əsgər gedirəm
[Bənd 2]
Ölsəm, qara bağlama
Oğul deyib ağlama
Ölsəm, qara bağlama
Oğul deyib ağlama
Ürəyini dağlama
Ana, əsgər gedirəm mən
Ana, əsgər gedirəm
[Nəqərat]
Vətən çağırır məni
Gedim, qoruyum səni
Anacan, gözlə məni
Bu gün əsgər gedirəm mən
Ana, əsgər gedirəm
Ana, əsgər gedirəm mən
Ana, əsgər gedirəm