[Giriş]
Nigaranam...
Nigaranam...
[Bənd 1]
Ömür boyu gözümdə kam, qəlbimdə arzu, kam
Bu həsrəti daşıyıram, sənsiz daşıyıram
Mən birtəhər yaşayıram, sənsiz yaşayıram
Təkcə səndən nigaranam, səndən nigaranam
[Nəqərat]
Ömür ötür, keçir aram-aram
Heç bilmirsən, bəlkə, yoxam, varam
Yalnız səni, səni soruşaram
Səndən nigaranam...
Hey, ömür ötür, keçir aram-aram
Heç bilmirsən, bəlkə, yoxam, varam
Yalnız səni, səni soruşaram
Səndən nigaranam
Hey, səndən nigaranam...
[Bənd 2]
Gəlib hərdən düşər yada, hərdən düşər yada
O günlər bir nağılsa da, şirin nağılsa da
Bütün dünya dağılsa da, dünya dağılsa da
Təkcə səndən nigaranam, səndən nigaranam...
[Nəqərat]
Ömür ötür, keçir aram-aram
Heç bilmirsən, bəlkə, yoxam, varam
Yalnız səni, səni soruşaram
Səndən nigaranam...
Hey, ömür ötür, keçir aram-aram
Heç bilmirsən, bəlkə, yoxam, varam
Yalnız səni, səni soruşaram
Səndən nigaranam
Hey, səndən nigaranam...