[Nəqərat]
Ürəyini buz kimi saxla
Qəmə, kədərə qapını bağla
Hər şey yaxşı olmalı, gərək
Ürək-dirək, ürək dirəktək
Ürəyini buz kimi saxla
Qəmə, kədərə qapını bağla
Hər şey yaxşı olmalı, gərək
Ürək-dirək, ürək dirəktək
[Bənd 1]
Mən gedirəm, mənim yolum yaman uzaqdır, ’’брат’’
Mən görə sən heç də olma ginən narahat
Tez-tez sənə oradan yazacam məktub
Bu dostumdan eşitdiyim son sözlər olub
Ora hamı gedir, amma qayıdan kim? (kim?)
Çətin, tapılsın bu dərdi yox edən bir həkim
Bir də ki nə bilim, bəlkə illər keçdikcə öyrəşərik
Yaxınlarımızı itirdikcə
Hər kəsin dərdi özünə görə böyükdür
Kiməsə övlad dayaq, kiməsə yükdür
Güclən, çətin günlər hələ irəlidədir
“Ya Qarabağ, ya Ölüm!” bu millətin dilindədir
Qəlbimdədir, qüvvəmiz birliyimizdədir
Gələcəyimiz hər birimizin əlindədir
Söz vermişdim, oğlum olsa, ona mən hər gecə
Erməni sənin düşmənindir, deyəcəm
[Nəqərat]
Ürəyini buz kimi saxla
Qəmə, kədərə qapını bağla
Hər şey yaxşı olmalı, gərək
Ürək-dirək, ürək dirəktək
Ürəyini buz kimi saxla
Qəmə, kədərə qapını bağla
Hər şey yaxşı olmalı, gərək
Ürək-dirək, ürək dirəktək
[Bənd 2]
Bu günlər əbədi deyil, onlar da bitəcək
“Dəyirman”ın son albomu işıq üzü görəcək
Bundan sonra, bəlkə də, kimsə də, nəsə də, bəlkə də
Çıxartdı repçilərdən bu ölkədə kölgədən
Düşünürəm, düz olmur əməllər
Amma yenə də tapılır söz deməyə səbəblər
Çox insan mənim qulağımı kar edir
Çox insan məni günaha vadar edir
Aşikar edib, özümü tək (tək)
Tez başlayır döyünmək ürək
Tənhalıq zülmət kimidir qaranlıq
Bütün dənizi üzə bilməz tək balıq
Əgər dostum dara düşüb və ona mənim
Gecə yarısından mütləq lazımdır köməyim
Qasırğa olsa, yağış, tufan olsa
Mən gələrəm, dost məni çağırsa
[Nəqərat]
Ürəyini buz kimi saxla
Qəmə, kədərə qapını bağla
Hər şey yaxşı olmalı, gərək
Ürək-dirək, ürək dirəktək
Düşünürəm bunu hərdən
Düşünürəm bunu hərdən
Sabahları dünya dağıldı birdən
Bunu da düşünürəm hərdən
Ürəyini buz kimi saxla
Qəmə, kədərə qapını bağla
Hər şey yaxşı olmalı, gərək
Ürək-dirək, ürək dirəktək
Ürəyini buz kimi saxla
Qəmə, kədərə qapını bağla
Hər şey yaxşı olmalı, gərək, mütləq
Ürək-dirək, ürək dirəktək