[Bənd 1]
Ürəyim sıxılır, nəfəsim daralır gecələr
Yenə həsrətinə bürünüb qaralır küçələr
Amma mən daha istəmirəm, barışım yenidən
Düşüb eşq oduna alışım yenidən
[Nəqərat]
Mən yenə də səni bağışlardım
Amma çox gecdir
Ömrümüzdən, heyif, aylar, günlər
Ötdü, illər keçdi
[Bənd 2]
Yenə islana-islana gözlərimiz dolacaq
Yenə aldana-aldana hisslərimiz solacaq
Yola boylana-boylana gözlərimiz qalacaq
Yenə odlana-odlana qəlb yanacaq
[Nəqərat]
Mən yenə də səni bağışlardım
Amma çox gecdir
Ömrümüzdən, heyif, aylar, günlər
Ötdü, illər keçdi