Video Gun Dogsa From Ikinci Perde de Ahmed Mustafayev 2025 Lyrics Lyrics

Escucha la música Lyrics más popular de Ahmed Mustafayev y otros artistas en línea. Disfruta de las mejores canciones de 2025 en Musicas-Cristianas de música en línea. ¡Encuentra tu canción favorita y escúchala en cualquier momento y en cualquier lugar!

Video Gun Dogsa From Ikinci Perde » Ahmed Mustafayev Letra

INICIOAhmed MustafayevGun Dogsa From Ikinci Perde

Ahmed Mustafayev - Gun Dogsa From Ikinci Perde Lyrics


[Bənd 1: PRoMete]
Əlimizdə, dilimizdə görünməz qıfıllar var
Üzlərdə ilıq təbəssüm, ürəkdə buzlaşmış qar
Beynimiz sonsuz otaqlar, amma bu otaqlar da dar
Bir az utansaq, susarıq, di gəl ki, çəkirik car

Nəyə təəccüb, nəyə heyran? İtib əvvəli-sonu
Nəfəs kəsir həyatlar, ölüm də gəzir kənar
Deyəsən, çox uzanır yol və sonda yoxdur işıq
Nə bitir qış soyuqları, nə gəlir isti bahar

[Bənd 2: Rövşən Nicat]
Qəfil Gün doğsa bir gecə
Dünya qəfil işıqlansa
Şəhər-şəhər, küçə-küçə
Otaq-otaq işıqlansa

Qəfil Gün doğsa bir gecə
Dünya dümağ işıqlansa
Şəhər-şəhər, küçə-küçə
Otaq-otaq işıqlansa

Görərik kimlərin əli
Kimlərin cibindən çıxır
Kimlər əyilə-əyilə
Kimlərin evindən çıxır
[Bənd 3: PRoMete]
Çətindir bağırmaq bu qədər səs-küyün içində
Gərəkdir hər bir şeyə təqdimat və fərqli biçimdə
O qədər sadədir hər şey, o qədər gözdən düşmüş
Sözləri, sətirləri çıxmadan boğuram içimdə

Kürəyi balta yeməyən bilməz ki bel ağrısın
Yalana tuş gəlməyən bilməz ki yel ağrısın
Nə qədər mən sevənik biz, nə qədər məndən uzaq
Mənə nə? Ağrımıram! Ağrısa, el ağrısın

Küləklər sovurdu qorxunu, artıq yoxdur qorxaq
Qəribədir, amma ki səsi də yoxdur heç kəsin
Pərdələr enibdir çoxdan və bir də çətin qalxa
Qorxuram, bizim nəsil bunu bir daha görməsin

Göllərin dama-dama olduğunu unudanlar
Sonda həmin o damcılarda boğularlar
Mütləqdir dəyişməsi yerinin ağın-qaranın
Batanda Günəşlər ulduzlar doğularlar

[Bənd 4: Rövşən Nicat]
Qəfil Gün doğsa bir gecə
Min-min gizli günah görsək
Üstünü örtə bilməsə
Bu dünyanı çılpaq görsək
Qəfil Gün doğsa bir gecə
Min-min gizli günah görsək
Üstünü örtə bilməsə
Bu dünyanı çılpaq görsək

Başımıza hava gələr
Ağlımız çaşar, bəlkə də
Hamı birdən baş götürüb
Bu dünyadan qaçar bəlkə

Bu dünyada bəs kim qalar?
Kim böyüdər uşaqları?!
Bu dünyada bəs kim qalar?
Kim böyüdər uşaqları?!

Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...

Gun Dogsa From Ikinci Perde » Ahmed Mustafayev Letras !!!
ANUNCIOS PUBLICITARIOS
Esta sitio web no aloja ningún tipo de archivo audio o video© Musicas-Cristianas 2025 España | Chile - Argentina - México. Todos los derechos reservados.

Escuchar músicas enlinea gratis, 2025 Escuchar Música Online, Música en Línea 2025, Música en Línea Gratis, Escuchar Música Gratis, Música Online 2025, Escuchar Música

Música 2025, Música 2025 Online, Escuchar Música Gratis 2025, Músicas 2025 Gratis, Escuchas top, Música de Moda.