[Bənd 1]
Dəydi saçlarıma bahar küləyi
Nazəndə sevgilim, yadıma düşdün
Hərənin bəxtinə bir gözəl düşər
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
[Bənd 2]
Sənsiz dağ döşünə çıxdım bu səhər
Ötdü qumru kimi gur şəlalələr
''Sən niyə yalnızsan?'' - sordu lalələr
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Yadıma düşdün