[Bənd 1]
Soyuqdur, həsrətin üşüdür məni
Sənsizəm, darıxıram, dön geri
Yoruldum saymaqdan günləri
Sənsizəm, darıxıram, dön geri
[Keçid]
Hər gecə ağlayıram
Sən deyə, sən deyə
Məni tənha qoyub getdin uzaqlara
Söylə niyə?!
[Nəqərat]
Deyim...
Söylə, necə deyim
Sənə dərdimi?
Sevim...
Söylə, necə sevim
Başqa birisini?
Deyim...
Söylə, necə deyim
Sənə dərdimi?
Sevim...
Söylə, necə sevim
Başqa birisini?
[Bənd 2]
Unuda bilmərəm, inan, səni
Sevə bilmərəm yerinə kimsəni
Mən deyə bilmirəm ürəyim deyəni
Çünki o gördü, o sevdi səni
[Keçid]
Hər gecə ağlayıram
Sən deyə, sən deyə
Məni tənha qoyub getdin uzaqlara
Söylə niyə?
[Nəqərat]
Deyim...
Söylə, necə deyim
Sənə dərdimi?
Sevim...
Söylə, necə sevim
Başqa birisini?
Deyim...
Söylə, necə deyim
Sənə dərdimi?
Sevim...
Söylə, necə sevim
Başqa birisini?