[Bənd 1]
Nə qədər yollar keçdim bu dünyada mən (hey)
Nə qədər enişlər, yoxuşlar oldu (hey, hey)
Həyatımı əbədi çıraqban edən (hey)
Məni öz obama yetirən yoldur (hey, hey)
[Nəqərat]
Çox nağıllar bilirik biz
Qurtarmaz saymaqla bir-bir
(Çox nağıllar bilirik biz
Qurtarmaz saymaqla bir-bir)
Ən şirin (ən şirin), xoş nağılımız
Vətəndir (vətəndir), ana vətəndir
(Ən şirin) Ən şirin (xoş nağılımız)
(Vətəndir) Vətəndir, ana vətəndir
[Bənd 2]
Kim çıxarsa dünyanın səyahətinə (hey)
Qəlbimlə, gözümlə izlərəm onu (hey, hey)
Çıxaram yollarına mən dönə-dönə (hey)
Yenidən yurduna səslərəm onu (hey, hey)
[Nəqərat]
Çox nağıllar bilirik biz
Qurtarmaz saymaqla bir-bir
(Çox nağıllar bilirik biz
Qurtarmaz saymaqla bir-bir)
Ən şirin (ən şirin), xoş nağılımız
Vətəndir (vətəndir), ana vətəndir
(Ən şirin) Ən şirin (xoş nağılımız)
(Vətəndir) Vətəndir, ana vətəndir