[Bənd 1]
Hüsnün gözəl ayətləri, ey sevgili canan
Olmuş bütün aləmdə sənin şəninə şayan
İnsafın əgər var, gəl eylə nəvaziş
Mənə ver busə ləbindən
Çünki gözəlin busəsidir aşiqə ehsan
Sordum ki, "könül haradadır?" aldım bu cavabı
Sordum ki, "könül haradadır?" aldım bu cavabı
"Heç sorma, tapılmaz, onu axtarsa da insan"
Rəhm eylə, dedim, gəl
Rəhm eylə, dedim, sel kimi göz yaşımı tökdüm
Gəl, qanım ilə oynama, ey afəti-dövran
İnsafın əgər var
İnsafın əgər var isə, söylə, bu Nizami
Sənlə necə rəftar eyləsin, ey mahi-daban?
[Çıxış]
Gəl...
Sevgili canan...
Gəl, sevgili canan...
Sevgili canan...
Sevgili canan...