[Bənd 1]
Dünyanın varına, yoxuna baxmaz
Gələndə soluna-sağına baxmaz
Saçın qarasına, ağına baxmaz
Sevgi haçan gəlsə, vaxtında gələr
Vaxtında gələr, vaxtında gələr...
[Bənd 2]
Sevgiyə çağırın yaz havasında
Ürəyin çırpınar öz qəfəsində
Lap son dəqiqəndə, son nəfəsində
Sevgi haçan gəlsə, vaxtında gələr
Vaxtında gələr, vaxtında gələr...
[Bənd 3]
Bu gün ki gözünə görünəcək yar
Ağaran saçında əriyəcək qar
Dünyada tək, bircə vaxtsız əcəl var
Sevgi haçan gəlsə, vaxtında gələr
Vaxtında gələr, vaxtında gələr...