[Bənd 1]
Bizi bu görüşə illər gətirdi
Bu qoca dünyada gəldik üz-üzə
Qatarlar, maşınlar, yollar gətirdi, yollar gətirdi
Axır ki yetirdi bir-birimizə, bir-birimizə
[Bənd 2]
Daha indən belə nə dərdim-sərim
Gedər ürəyimdən kədərin tamı
Sənin gözlərində açar səhərim, açar səhərim
Sənin saçlarından düşər axşamım
[Bənd 3]
Üzümə Gün düşdü gülən gözündən
Sənsiz qürbətdir mənə yer üzü
Nə yaxşı rastlaşdıq bu yer üzündə, bu yer üzündə
Nə yaxşı tapdıq bir-birimizi, bir-birimizi