[Bənd 1]
Sən niyə gəlmişdin mənim ömrümə?
Bəs indi qayıdıb niyə gedirsən?
İllərlə sevgisiz yatan qəlbimi
Yuxudan oyadıb niyə gedirsən?
İllərlə sevgisiz yatan qəlbimi
Yuxudan oyadıb niyə gedirsən?
[Bənd 2]
Gecə Aysan mənə, gündüz Günəşsən
Səni, harada olsan, görəcəyəm mən
Gündüzlər nə zaman yadına düşsəm
Gecələr yuxuna gələcəyəm mən
Gündüzlər nə zaman yadına düşsəm
Gecələr yuxuna gələcəyəm mən