[Bənd 1]
Təzə ilim, qədəminlə yerə, göyə sevinc payla

Sevindir el-obaları nurlu, aydın günlə, ayla

[Nəqərat]
İnsanlara üz ağlığı, xoşbəxt günlər, can sağlığı

Gətirib gəl, təzə ilim, deyim sənə gözəl ilim

[Bənd 2]
Mehribanlıq səadətdir, küsülülər barışsınlar

Sevgililər sədaqətdə bir-birinə yaraşsınlar
Sevgililər sədaqətdə bir-birinə yaraşsınlar
[Nəqərat]
İnsanlara üz ağlığı, xoşbəxt günlər, can sağlığı
İnsanlara üz ağlığı, xoşbəxt günlər, can sağlığı
Gətirib gəl, təzə ilim, deyim sənə gözəl ilim
Gətirib gəl, təzə ilim, deyim sənə gözəl ilim
[Bənd 3]
Hər obada el şənliyi yer üzünə versin bəzək

Yallı getsin mərd oğullar, qızlar süzsün sonalartək
Yallı getsin mərd oğullar, qızlar süzsün sonalartək
[Nəqərat]
İnsanlara üz ağlığı, xoşbəxt günlər, can sağlığı
İnsanlara üz ağlığı, xoşbəxt günlər, can sağlığı
Gətirib gəl, təzə ilim, deyim sənə gözəl ilim
Gətirib gəl, təzə ilim, deyim sənə gözəl ilim...