[Bənd 1]
Görüşə yarın gecikib, ay qız
Qəlbini sıxma, qəlbimi sıxma
Sənin üçün çiçək axtarır yalnız
[Nəqərat]
İndicə gələr, gözlərin gülər
Beş dəqiqə döz, qəlbini sıxma
Darıxma, darıxma, darıxma...
[Bənd 2]
Görüşə yarın gecikib, oğlan
Özündən çıxma, özündən çıxma
Sənə naz üçün yubanıb, inan
[Nəqərat]
İndicə gələr, gözlərin gülər
On dəqiqə döz, özündən çıxma
Darıxma, darıxma, darıxma...