[Bənd 1]
Sən bizə təbiət oyananda gəl
Lalələr al rəngə boyananda gəl
Sevənlər ataraq qəmin daşını
Görüşüb sevinclə dayananda gəl
Görüşüb sevinclə dayananda gəl
[Nəqərat]
Gəl bizim dağlara, gör nə gözəldir
Çayları seyr elə, çağlayıb getsin
Ürək qəm-kədəri qovlayıb getsin
Buradan ayrılanda çağlayıb getsin
Buradan ayrılanda çağlayıb getsin
[Bənd 2]
Bulaqlar səsləyər suyuna səni
Fəsillər ən gözəl ayına səni
Payızda tar-kaman gələndə dilə
Cavanlar çağırar toyuna səni
Cavanlar çağırar toyuna səni
[Nəqərat]
Gəl bizim dağlara, gör nə gözəldir
Çayları seyr elə, çağlayıb getsin
Ürək qəm-kədəri qovlayıb getsin
Buradan ayrılanda ağlayıb getsin
Buradan ayrılanda ağlayıb getsin