[Bənd 1]
Günəşi yola salıb
Əlvan nura boyanar
Duyğulara qovuşub
Arzularla bir yanar
Sevdalı əlləri ilə
Səhərlərə uzanar
[Nəqərat]
Evlərin axşamları
Evlərin axşamları
Evlərin axşamları
Evlərin axşamları
[Bənd 2]
Həsrətləri əridib
Ömürləri bəzəyər
Ürəklərə səadət
Xoş diləklər çiləyər
Ümidlərin yolunu
Mavi işıq eləyər
[Nəqərat]
Evlərin axşamları
Evlərin axşamları
Evlərin axşamları
Evlərin axşamları
[Bənd 3]
Bəzən şirin yuxu olub
Bir ömür qədər sürər
Bəzən neçə arzu olub
İzlərini itirər
Uzaq ulduzlarda
Öz qoynuna gətirər
[Nəqərat]
Evlərin axşamları
Evlərin axşamları
Evlərin axşamları
Evlərin axşamları
[Çıxış]
Evlərin axşamları
Evlərin axşamları