[Bənd 1]
Hər gecə səni, yar, səsləyim
Yolunu sübhədək gözləyim
Bəs hanı, hanı, yar, o sevda?
Gör, nələr, nələr var başımda?
Bəs hanı, hanı, yar, o sevda?
Gör, nələr, nələr var başımda?
[Bənd 2]
Göz yaşım sel olar, ah sənsiz...
Bülbüləm, neyləyim çəmənsiz?
Mən səni araram, yar, anaram, yar
Gül-çiçək sanaram, sanaram
Mən səni araram, yar, anaram
Gül-çiçək sanaram, sanaram
[Bənd 3]
Bir Günəş nuru var üzündə
Gözlərin hər zaman gözümdə
Eşq odu məni, yar, yandırar
Rəhm elə, yamandır intizar
[Çıxış]
Mən səni araram, yar...