[Nəqərat]
Gözlərində məhəbbət nuru parlar
Nura öyrətdin məni
Baxışında dərya dərinliyi var
Dəryaya atdın məni
[Bənd 1]
Tərlanlara yenilməyən quş oldum
Qartalların uçuşunda baş oldum
Zalım ovçu nişanına tuş oldum
Vüsala çatdır məni
Vüsala çatdır məni
[Nəqərat]
Gözlərində məhəbbət nuru parlar
Nura öyrətdin məni
Baxışında dərya dərinliyi var
Dəryaya atdın məni
[Bənd 2]
Məhəbbətlə çağlayan bir sel idim
Mizrabına həsrət çəkən tel idim
Gözdən uzaq çəməndə bir gül idim
Dərdin, yaşatdın məni
Dərdin, yaşatdın məni
[Nəqərat]
Gözlərində məhəbbət nuru parlar
Nura öyrətdin məni
Baxışında dərya dərinliyi var
Dəryaya atdın məni
Vüsala çatdır məni
Dərdin, yaşatdın məni
Sevgin yaşatdı məni