[Bənd 1]
Meydanda dayansa
Kürək-kürəyə, kürəyə
Əl-ələ güvənsə
Ürək-ürəyə, ürəyə
Yüz düşmən, min düşmən
Düşsə hərəyə
Deyərik, bizimçün
Bunlar da azdır, hey
[Nəqərat]
Bu köhlən atları
Biz çapıb gələrik
Üç qızıl almanı
Biz tapıb gələrik, hey
[Bənd 2]
Çağırsaq meydana
Gəlməsə düşmən, düşmən
Bizimlə savaşa
Girməsə düşmən, düşmən
Biz qılınc vuranda
Ölməsə düşmən
Düşmənə yumruq da
Ölüm də azdır
[Nəqərat]
Bu köhlən atları
Biz çapıb gələrik
Üç qızıl almanı
Tez tapıb gələrik
[Bənd 3]
Bir gün rastımıza
Çıxsa üç gözəl, gözəl
Üç igid qardaşa
Baxsa üç gözəl, gözəl
Bizi öz nazı ilə
Yıxsa üç gözəl
Deyərik, gözələ
Bu naz da azdır, hey
[Nəqərat]
Bu köhlən atları
Biz çapıb gələrik
Üç qızıl almanı
Tez tapıb gələrik, hey
Bu köhlən atları
Biz çapıb gələrik
Üç qızıl almanı
Tez tapıb gələrik, ey-hey